AZ

UKRAYNANIN BƏRPASI KONFRANSI KEÇİRİLİB » AzadMedia.az

UKRAYNANIN

İtaliyada Ukraynanın Bərpası Konfransı keçirilib.
Paytaxt Romada baş tutan görüşlərdə Ukraynanın müdafiəsinə veriləcək dəstək, enerji və mədən sahələrində əməkdaşlıq məsələri müzakirə olunub.

Konfransda 40-dan çox ölkə, 100-dən çox şirkət nümayəndəsi iştirak edib.
Liderlər Ukraynanın Avropa İttifaqına üzvlüyünə dəstəklərini bildiriblər.
Konfransın açılışı mərasimi İtaliyanın baş naziri Corco Meloni və Ukrayna prezidenti Volodimir Zelenski edib.

Zelenski çıxışı zamanı tərəfdaşlarını Ukraynaya yatırım etməyə çağırıb, Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın bərpasına xərclənməli olduğunu deyib.
“Rusiya özü da bu konfransa hazırlıq görüb. Onlar keçən gecə əsasən Kiyevə olmaqla Ukraynaya kütləvi hücum ediblər. Bu, aşkar terrordur” – deyə Zelenski vəziyyəti şərh edib.

Qeyd edək ki, Amerika Birləşmiş Ştatları rəhbərliyi Ukraynaya silah tədarükünü bərpa edib.
Birləşmiş Ştatların dövlət katibi Marko Rubio Rusiyanın atəşkəs və sülhə bağlı mövqeyini müzakirə etmək üçün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla Malayziyada görüş keçirib.
Ağ Ev lideri Donald Tramp Rusiya rəhbərliyinin Ukraynada mülki obyektləri vurmasına qəti şəkildə etiraz edir.

Seçilən
11
1
azadmedia.az

2Mənbələr