AZ

Rubio gözləntilərini açıqladı

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio, Ukrayna ilə bağlı Vaşinqtonun gözləntilərini açıqlayaraq bildirib ki, onlar Ukrayna böhranının necə sona çata biləcəyinə dair “yol xəritəsi” görmək istəyirlər. “Münaqişənin necə başa çatdırılacağını anlamaq və müəyyənləşdirmək üçün bizə bir yol xəritəsi lazımdır,” – deyə Rubio Malayziyada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində Rusiya xarici işlər naziri Sergey Lavrovla danışıqlardan sonra jurnalistlərə bildirib. Bundan əlavə, Rubio qeyd edib ki, rusiyalı diplomatla görüş zamanı Ukrayna ilə bağlı əvvəllər səsləndirilməmiş təkliflər irəli sürülüb.

Daha əvvəl Kualı Lumpurda Sergey Lavrov və Marko Rubionun danışıqları başa çatmışdı. Görüş zamanı tərəflər Ukrayna münaqişəsinin sülh yolu ilə həllinə və Rusiya-Amerika iqtisadi və humanitar əməkdaşlığının bərpasına sadiq olduqlarını təsdiqləyiblər.

Seçilən
6
Ajans.az

1Mənbələr