AZ

Qeyri-neft sektoru üzrə ixracda əsas bazarlar dəyişməz qalıb

2025-ci ilin ilk beş ayı ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında əsas bazarlar dəyişməz qalıb. Metbuat.az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yayımladığı infogörsəticiyə əsasən xəbər verir ki, ən çox artım İsveçrə, Ukrayna və Gürcüstana ixracda müşahidə olunub. Türkiyəyə ixracda isə cüzi azalma qeydə alınıb. Rusiya ixracda həm illik, həm də aylıq göstəricilərlə liderliyini qoruyub. Bu dinamika göstərir ki, Azərbaycanın qeyri-neft ixracında coğrafi diversifikasiya və artım müşahidə olunur. 2025-ci ilin yanvar-may ayları üzrə Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac göstəriciləri ölkənin iqtisadi şaxələndirmə siyasətinin uğurla davam etdiyini göstərir. Ölkənin ənənəvi və yeni ticarət tərəfdaşları ilə apardığı ixrac əməliyyatlarında müsbət dinamika müşahidə olunur. Xüsusilə 5 əsas ixrac bazarında qeydə alınan göstəricilər, həm illik müqayisədə, həm də yalnız may ayı üzrə ixrac həcmlərinin artdığını təsdiqləyir. 2025-ci ilin ilk 5 ayı ərzində Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və Ukrayna Azərbaycanın qeyri-neft sektoru üzrə əsas ixrac ölkələri olub. Həmin dövr üçün Rusiyaya ixrac 442,9 milyon ABŞ dolları təşkil edib və bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 15,9 milyon dollar artım deməkdir. Bu göstərici Rusiyanın Azərbaycanın qeyri-neft ixracında liderliyini davam etdirdiyini göstərir. Türkiyəyə ixrac isə əvvəlki illə müqayisədə azalıb. 2024-cü ildə 264,9 milyon dollar olan ixrac, 2025-ci ilin eyni dövründə 251,4 milyon dollara düşüb. Bununla belə, Türkiyə Azərbaycanın ikinci ən böyük qeyri-neft ixrac tərəfdaşı olaraq qalır. İsveçrəyə olan ixrac həcmi isə diqqətçəkici artım nümayiş etdirib – 2024-cü ildə 47,8 milyon dollar olan göstərici 2025-ci ildə 127,9 milyon dollara yüksəlib. Bu, İsveçrəyə ixracda təxminən 2,5 dəfəlik artım deməkdir. Eyni zamanda Gürcüstana qeyri-neft ixracı 95,8 milyon dollardan 125,5 milyon dollara yüksəlib. Ukraynaya ixrac isə 2024-cü ildə 39,9 milyon dollar olduğu halda, 2025-ci ildə 76,5 milyon dollara çatıb.

Yalnız 2025-ci ilin may ayına baxdıqda da oxşar müsbət tendensiya nəzərə çarpır. Rusiya həmin ay üzrə 121,5 milyon dollarla liderliyini qoruyub. Türkiyə 63,7 milyon dollarla ikinci, İsveçrə isə 27,4 milyon dollarla üçüncü yeri tutub. Gürcüstan və Ukrayna da müvafiq olaraq 19,7 milyon və 13,5 milyon dollarla ilk beşlikdə yer alıblar.

Seçilən
6
1
metbuat.az

2Mənbələr