“Sumqayıt”dan ayrılan Bobir Abduxoliqovun yeni ünvanı məlum olub.
Futbolpress.az xəbər verir ki, 28 yaşlı hücumçu “Paxtakor”a (Özbəkistan) keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Özbəkistanlı hücumçu 1 illik müqavilə imzalanıb.
Bobir “Sumqayıt”a ötən ilin qışında keçmişdi. O, Premyer Liqada 13 oyunda 4 qolla yadda qalıb.