“Arda”da uzun müddətli qalmaq fikrində deyiləm. Özümü yaxşı tərəfdən göstərib, daha yaxşı və daha güclü liqaya keçid etmək istəyirəm. Bolqarıstana ilk gəldiyimiz vaxtda da məqsədim bu idi”.
İdman.biz xəbər verir ki, bu fikirləri futbolinfo.az saytına açıqlamasında Cəlal Hüseynov bildirib.
Müdafiəçi gələcəklə bağlı planlarının olmasına baxmayaraq, hələlik “Arda” ilə yoluna davam etdiyini söyləyib: “Hazırda “Arda” ilə yolumuza davam edirik. Düzdür, başqa klublardan da təkliflər var, onların arasında Azərbaycan klubları da mövcuddur. Lakin komandamla müqaviləm qüvvədədir və hazırda birlikdə təlim-məşq toplanışındayıq. Qarşıda bizi Konfrans Liqası və çempionat oyunları gözləyir. Hazırda gündəmdə başqa heç nə yoxdur, çünki özüm də burada qalmaq istəyirəm. Geridə qalan bir illik müqaviləmi maksimum şəkildə dəyərləndirmək niyyətindəyəm”.
22 yaşlı müdafiəçi fiziki və psixoloji durumunun yaxşı olduğunu da vurğulayıb: “Komanda yoldaşlarımı əvvəldən tanıyıram və onların dilində danışdığım üçün adaptasiya baxımından heç bir çətinlik yaşamıram. Əsas heyətdə yer almaq uğrunda mübarizə aparıram. Baş məşqçi şans verdikcə, özümü ən yaxşı tərəfdən göstərməyə hər zaman hazıram”.
O, yenidən milli komandaya dəvət aldığı üçün duyduğu sevinc hissindən də danışıb: “Milliyə qayıtdığım üçün çox sevincliyəm. Hər bir azərbaycanlı futbolçu üçün milli komanda ən yüksək zirvədir. O formanı geyinmək böyük məsuliyyət tələb edir. Yığmadakı yerimi qorumaq üçün klubumda daim oynamalı və yaxşı performans göstərməliyəm. Bunun üçün bütün gücümlə çalışacağam”.
İdman.biz