AZ

Əliyev və Paşinyan arasında danışıqların yekunlarına dair Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatı

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Respublikasının Prezidenti ilə Ermənistan Respublikasının Baş naziri arasında Əbu-Dabidə baş tutan görüşün yekunlarına dair mətbuat məlumatı (press-reliz) yayıb.

Sənəddə deyilir: “2025-ci il iyulun 10-da Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri arasında görüş keçirilib və Azərbaycan-Ermənistan dövlətlərarası normallaşma gündəliyinin müxtəlif aspektləri müzakirə edilib.

İkitərəfli danışıqların normallaşma prosesi ilə bağlı bütün məsələlərin həlli üçün ən səmərəli format olduğu təsdiqlənib və bu əsasda belə nəticəyönümlü dialoqun davam etdirilməsi razılaşdırılıb.

Sərhədin delimitasiyası prosesi ilə bağlı əldə olunmuş nailiyyətləri dəyərləndirən liderlər bu istiqamətdə əməli işlərin davam etdirilməsi üçün müvafiq dövlət komissiyalarına tapşırıqlar veriblər.

Tərəflər həmçinin iki ölkə arasında ikitərəfli danışıqları və etimad quruculuğu tədbirlərini davam etdirmək barədə razılığa gəliblər.

Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikasının Baş naziri Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Əlahəzrət Şeyx Məhəmməd bin Zayed Al Nəhyana səmimi qonaqpərvərliyə və ikitərəfli görüşün təşkilinə görə təşəkkür ediblər”.

Oxuməni.az

Seçilən
16
49
oxumeni.az

10Mənbələr