AZ

İsmayıllıda generalın adı ilə 2500 manatlıq dələduzluq

Portuqaliyalı futbolçular Dioqu Jota və Andre Silvanın öldüyü yanan "Lamborghini"nin videosunun müəllifi olduğunu iddia edən yük maşınının sürücüsü Xose Azevedu faciəli hadisə ilə bağlı təfərrüatı paylaşıb.

Avtosfer.az xəbər verir ki, bu barədə "Record" nəşri məlumat yayıb.

"Video çəkirdim və kömək etmək üçün dayandım, amma təəssüf ki, heç nə edə bilmədim. Vicdanım təmizdir. O gecə nələrdən keçdiyimi bilirəm. Düzünü desəm, avtomobildə kimin olduğunu bilmirdim. Onların ailələrinə başsağlığı verirəm. Sizi əmin edirəm ki, onlar sürət həddini aşmayıblar. Bazar ertəsindən şənbə gününə kimi hər gün bu yolda maşın sürürəm və bilirəm ki, bu, pis yoldur. Qaranlıq bir yoldur, amma avtomobilin markası və rəngini ayırd edə bildim. Təəssüf ki, olacaq artıq oldu", - deyə o bildirib.

Mənbə onu da qeyd edir ki, Azevedu futbolçulara yanğınsöndürən vasitəsilə kömək etməyə çalışıb.

Xatırladaq ki, futbolçular İspaniyanın şimal-qərbində dünyasını dəyişiblər. Ötmə zamanı Jotanın "Lamborghini"sinin təkərinin partlaması nəticəsində avtomobil yoldan çıxaraq alovlanıb. "Liverpul"un və Portuqaliya millisinin hücumçusu Jota və "Penafiel"də çıxış edən qardaşı Silvanın dəfn mərasimi iyulun 5-də Portuqaliyada olub.

Seçilən
8
avtosfer.az

1Mənbələr