AZ

Özbəkistanlı futbolçu Belçika klubuna transfer olunub

“Paxtakor” klubunun və Özbəkistanın U-20 yığmasının futbolçusu Muhammadali Orinboyev Belçikanın “Antverpen” klubuna transfer olunub.

İdman.biz xəbər verir ki, 20 yaşlı vinger yeni komandası ilə 4 illik müqavilə imzalayıb.

Orinboyev “Paxtakor”da hələ 17 yaşı tamam olmamış debüt edib. Bu mövsüm o, klubunun heyətində 14 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə verib. Özbəkistanın U-20 yığmasının heyətində 4 qolla sonuncu U-20 Asiya kubokunun bombardiri olub.

2023-cü ilin fevralında Orinboyev icarə əsasında İngiltərənin “Brentford” klubunun gənclər komandasında çıxış edib. Bu müddət ərzində onun transfer dəyəri 200 min avrodan 450 min avroya yüksəlib.

Qeyd edək ki, 5 qat Belçika çempionu olan “Antverpen” ötən mövsümü 5-ci pillədə başa vurub.

İdman.biz

Məqalədə:
Seçilən
5
idman.biz

1Mənbələr