AZ

Ukrayna dondurulmuş Rusiya aktivlərindən 1 milyard avro aldı

Ukrayna Avropa İttifaqından dondurulmuş Rusiya aktivlərinin gəlirləri hesabına 1 milyard avro maliyyə yardımı alıb.

KONKRET.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal “Telegram” kanalında açıqlama verib. O, Aİ-yə göstərdikləri həmrəylik və etimada görə təşəkkürünü bildirib.

Şmıqal əlavə edib ki, 2024-cü ilin əvvəlindən bu günə qədər Ukrayna Rusiya aktivlərindən ümumilikdə 18,5 milyard dollar maliyyə vəsaiti əldə edib. Onun sözlərinə görə, bu vəsait ölkənin bərpası üçün istifadə olunur.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
5
1
konkret.az

2Mənbələr