Politoloq İlyas Hüseynov Olaylar.az-a açıqlamasında qeyd edib ki, Ermənistanın siyasi rəhbərliyi bu cür cəhdlərin qarşısını almalıdır və anlamalıdır ki, bu cür tədbirlər həm də sülhə və sabitliyə mənfi təsir göstərir:
" Ermənistanda bəzi dairələr separatizmi dəstəkləyir, onun müdafiəsinə qalxır və çalışırlar ki, bu məsələni daim siyasi gündəlikdə saxlasınlar. Lakin Ermənistanın siyasi rəhbərliyi bu cür cəhdlərin qarşısını almalıdır və anlamalıdır ki, bu cür tədbirlər, bu cür səfərlər həm də sülhə və sabitliyə mənfi təsir göstərir.
Çünki Əbu - Dabi də Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev və Ermənistanın Baş Naziri mühüm regionun taleyini müəyyənləşdirən görüşdə iştirak edib və eyni zamanda nümayəndə heyətləri də bu görüşün iştirakçısıdır. Bir tərəfdən, bu görüşdə Zəngəzur dəhlizinin açılması, sülh müqaviləsinin imzalanması, sərhədlərin müəyyənləşdirilməsi, sərhəd təhlükəsizliyi məsələləri müzakirə olunub. Digər tərəfdən isə ABŞ-də separatizmi canlandırmağa cəhdlər müşahidə olunur.
Bu, tamamilə yolverilməzdir, kifayət qədər ciddi məqamlardır. Bir tərəfdən, ABŞ-də bu tipli görüşlərə evsahibliyi etməməlidir və bu, heç bir şəkildə demokratiyanın göstəricisi və siyasi məkanın açıqlığı kimi qiymətləndirilə bilməz. Əksinə, dövlətlərin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı, dövlətlərin suverenliyi prinsipi, beynəlxalq hüququn fundamental norma və prinsipləri hesab olunur.
Təəssüf ki, bəzi şəxslər bu cür separatizmin gücləndirilməsinə cəhdlər edir və onlar dəstəklənir. Vardan Oskanyan artıq siyasi karyerasını bitirmiş, öz fəaliyyəti ilə siyasətin zibilliyinə göndərilmiş bir şəxsdir. Bu cür bir şəxsin Qarabağ ermənilərinin hüquqları haqqında danışmağa mənəvi haqqı yoxdur və digər tərəfdən fəaliyyəti də heç bir nəticə vermir və verməyəcək.
Çünki Azərbaycanın bu istiqamətdə möhkəm siyasi iradəsi vardır, Cənab Prezidentin prinsipiallığı vardır və digər tərəfdən həm də qərbi azərbaycanlılar da öz yurd-yuvalarına qayıtmaq hüququnu saxlayırlar və əminəm ki, onlar da öz yuvalarına qayıdacaqlar və bu Azərbaycanın gücünü, qalibiyyətini təcəssüm etdirir".
Zeynəb Mustafazadə