AZ

“AtaSığorta” kibertəhlükəsizlik tələblərini pozub - AMB xəbərdarlıq etdi

“AtaSığorta” ASC kibertəhlükəsizlik tələblərini pozub. 

Valyuta.az xəbər verir ki, bu, Mərkəzi Bankın apardığı monitorinq nəticəsində üzə çıxıb. Qeyd edilib ki, sığorta şirkətinə “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib. 

Qeyd edək ki, sözügedən maddə geniş əhatə dairəsinə malikdir. Qanun 102.2.8-2. maddəsindən isə aydın olur ki,  “Atasığorta”nın rəsmi internet səhifəsi və elektron informasiya sistemi Mərkəzi Bankın müəyyən etdiyi minimum tələblərə uyğun olmayıb.

Seçilən
13
1
valyuta.az

2Mənbələr