Konkret.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bitkoinin dəyəri tarixi maksimumu yeniləyərək 112 min dolları ötüb. Bu barədə “Binance” ticarət birjasının məlumatında deyilir.
Maraqlıdır, bitkoinin dəyərinin rekord həddə çatması manatın məzənnəsinə təsir edə bilərmi?
Mövzu ilə bağlı Beynəlxalq idarəetmə sistemləri üzrə mütəxəssis Asif İbrahimov KONKRET.az-a açıqlamasında bilirib ki, bitkoinin tarixi maksimuma çatması Azərbaycan manatının məzənnəsinə birbaşa təsir göstərmir.
Asif İbrahimov
Onun sözlərinə görə, bitcoin elektron formada, verilənlər bazasında mövcud olan rəqəmsal aktivdir və hər hansı konkret əmtəə və ya valyuta formasında qarşılığı yoxdur:
“Dünyanın heç bir mərkəzi bankı bu aktivə rəsmi valyuta statusu verməyib. Ona görə də, Azərbaycan manatının məzənnəsinə bitcoin birbaşa təsir göstərmir. Manatın dollara qarşı məzənnəsini Mərkəzi Bank tənzimləyir və bu siyasət ABŞ dollarına qarşı sabitliyi təmin etməyə yönəlib. Mərkəzi Bank tələb yarandıqda valyuta bazarına intervensiyalar edərək sabitliyi qoruyur. Bu prosesin bitcoin və digər kriptovalyuta birjaları ilə birbaşa əlaqəsi mövcud deyil”.
Bununla belə, ekspert qeyd edir ki, kriptovalyuta bazarının qlobal səviyyədə genişlənməsi və bəzi ölkələrdə maliyyə aləti kimi istifadəsi müəyyən dolayı təsirlər yarada bilər:
“Üzən məzənnə tətbiq edilən və sərbəst iqtisadiyyatın mövcud olduğu ölkələrdə kriptovalyutaların qiymət dalğalanmaları maliyyə bazarlarına müəyyən təsir göstərir. Amma Azərbaycanın iqtisadi sistemi və manatın tənzimləmə mexanizmləri bu kimi təsirləri neytrallaşdırır. Ona görə də istər birbaşa, istərsə də dolayı təhlükə hazırda müşahidə olunmur”.
Ekspertin fikrincə, hazırda Azərbaycan üçün kriptovalyutaların riskləri minimal səviyyədədir və bu sahənin inkişafı daha çox beynəlxalq maliyyə münasibətlərinə təsir edir.
Aynurə İsmayıl
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.