AZ

Rusiyanın Ukraynanı tam işğal etməsi üçün neçə il lazımdır? 

Böyük Britaniyanın nüfuzlu nəşri The Economist Rusiya ordusunun Ukraynada irəliləmə sürətinə dair maraqlı analiz yayımlayıb.

Nəşrin hesablamalarına görə, hazırda Rusiya hərbçiləri bəzi istiqamətlərdə – xüsusilə Sumı və Donetsk bölgələrində – gündə cəmi 0,05 km² ərazini işğal edə bilir.

KONKRET.az xəbər verir ki, bu templə davam etsələr, bütün Ukraynanı ələ keçirmək üçün Rusiyaya düz 89 il lazım olacaq.

Bununla belə, The Economist qeyd edir ki, Rusiya ordusunun yay hücumu tammiqyaslı müharibə başlayandan bəri ən qanlı döyüşlərə və ən çox itkiyə səbəb olub.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
7
konkret.az

1Mənbələr