AZ

“Sputnik Ermənistan” rəsmi İrəvana qarşı: Simonyan təxribatı davam etdirir

Ayna saytından verilən məlumata görə, ain.az xəbər verir.

Ermənistan hakimiyyəti Azərbaycanla sülhə hazır olduqlarını bildirir, “Sputnik Ermənistan isə...

Azərbaycan-Rusiya münasibətlərində növbəti gərginlik raundu fonunda Rusiya Federasiyasının dövlət büdcəsindən maliyyələşən Rusiyanın “Sputnik” informasiya agentliyinin Ermənistan bölməsi olan “Sputnik Ermənistan” Azərbaycana qarşı təxribat xarakterli fəaliyyətini davam etdirir. Axı “Sputnik Ermənistan”nın da daxil olduğu “Rossiya Seqodnya” BİA-nın baş redaktoru anti-Azərbaycan mövqeyi ilə tanınan Marqarita Simonyan olmaqda davam edir. O Simonyan ki, bir vaxtlar “Qarabağın Rusiyanın tərkibinə daxil olacağına ümid etdiyini” bildirmişdi.

Belə ki, iyulun 7-də “Sputnik Ermənistan” Ermənistan Xarici İşlər Nazirliyinin təxminən ay yarımdır ki, nəşrin Slovakiyanın Baş naziri Robert Fikodan Ermənistana səfəri zamanı ölkənin müdafiə naziri Robert Kalinakın “qalmaqallı” bəyanatlarına aydınlıq gətirmək üçün İrəvanın müraciət edib-etməməsi ilə bağlı sualına cavab verə bilməməsi ilə bağlı məqalə dərc edib. “Sputnik Ermənistan” xatırladıb ki, 2025-ci ildə Robert Kalinyak iki dəfə Ermənistanı Azərbaycan ərazilərini işğal etməkdə ittiham edib və bunun ardınca İrəvanın rəsmi, ən azı ictimai reaksiyası olmayıb. Bu səbəbdən də nəşr Xarici İşlər Nazirliyinə sual verib: Ermənistan rəsmiləri Kalinyakın (Fikonun həmkarı) bəyanatlarının nə olduğunu aydınlaşdırıblarmı: bu, onun şəxsi nöqteyi-nəzəridir, yoxsa Slovakiyanın rəsmi mövqeyi?

Söhbət Kalinyakın Slovakiyanın TA3 teleşirkətinə verdiyi müsahibədən gedir və o Ermənistanın Azərbaycan ərazisini, yəni Qarabağı işğal etdiyini bildirib.

Qeyd edək ki, Azərbaycan ərazilərinin işğalı faktının özü Ermənistan hökuməti tərəfindən tanınıb. Hansı ki, 2024-cü ildə Tavuş-Qazax hissəsində dövlət sərhədinin 13 kilometrə qədər hissəsi delimitasiya edilib və bu da əvvəllər Ermənistanın işğalı altında olan Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin geri qaytarılmasını təmin edib. Ermənistanın hazırkı rəhbərliyi Alma-Ata Bəyannaməsi çərçivəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etsə də, bu sənədin Ermənistan Parlamenti tərəfindən Qarabağın Azərbaycan dövlətinin tərkibində olmaması şərti ilə ratifikasiya edildiyini xatırlatmamağa çalışır. Bundan əlavə, Ermənistan konstitusiyasının preambulasında Ermənistanın Müstəqillik Bəyannaməsinə istinad edilir ki, bu da öz növbəsində 1989-cu il dekabrın 1-də “Ermənistanın və Dağlıq Qarabağın yenidən birləşdirilməsi” qərarından bəhs edir. Yəni Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Burada onu da xatırlada bilərik ki, Ermənistanın indiki Baş naziri Nikol Paşinyan bir vaxtlar “Qarabağ Ermənistandır və nöqtə” demişdi. Bir neçə ildən sonra Azərbaycan ordusunun “dəmir yumruğ”unun ayıldıcı təsirini hiss edən Paşinyan mövqeyini kəskin şəkildə dəyişəcək və bəyan edəcək ki, Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və dünyada Qarabağı Azərbaycan dövlətinin bir hissəsi kimi tanımayan ölkə yoxdur və olmayıb.

İlk baxşıdan görünürdü ki, Baş nazirin özünün belə ifadələri Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olması və bunu vaxtilə öz oğlunu işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmətə göndərən işğalçı ölkənin rəhbərliyi tərəfindən sözlə də olsa, etiraf edildiyi həqiqətini anlamaq üçün kifayət idi. Amma uzun müddət Ermənistanın Azərbaycana qarşı apardığı informasiya müharibəsinin əsas ruporu rolunu açıq-aşkar oynayan “Sputnik Ermənistan” nəşri Rusiya mediası olsa da, hələ də açıq-aşkar təxribatla məşğuldur.

Gördüyümüz kimi, Ermənistan rəhbərliyi Azərbaycanla sülh sazişi bağlamağa hazır olduğundan bəyan etdiyi halda, “Sputnik Ermənistan” Ermənistan ictimaiyyəti arasında revanşist əhval-ruhiyyəni qızışdırmaqda davam edir. Slovakiya müdafiə nazirinin “qalmaqallı” bəyanatları ilə bağlı ölkənin Xarici İşlər Nazirliyini fəaliyyətsizlikdə ittiham etməyə çalışır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
ayna.az

2Mənbələr