AZ

Karlos Teves “Talyeres”ə baş məşqçi təyin edildi

41 yaşlı argentinalı mütəxəssis Karlos Teves Argentinanın “Talyeres” komandasının sükanı arxasına təyinat alıb.

Arena.az bu barədə “Talyeres”in mətbuat xidmətinə istinadən məlumat verir.

Tərəflərin razılaşdırdığı müqavilənin müddəti açıqlanmır.

Teves azacıq məşqçilik təcrübəsinə malikdir. 2021-ci ildə futbolçu karyerasına xitam vermiş Teves, 2022-ci ildə müstəqil məşqçi karyerasına başlayıb. Argentinalı mütəxəssis həmin il “Rosario Sentral”ı çalışdırıb. 2023-2024-cü illərdə ilə Teves Avelyaneda “İndependyente”sinin sükanı arxasında olub.

Xatırladaq ki, Tevesin adı futbolçu karyerası ərzində daha çox “Boka Xuniors” və “Mançester Siti”də çıxışları ilə xatırlanır.

Seçilən
26
arena.az

1Mənbələr