ain.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
Rusiya xüsusi xidmət orqanları Ukraynaya qarşı növbəti informasiya hücumuna başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (HUR) məlumat yayıb.
Bildirilir ki, Suriyada Rusiya tərəfindən Ukrayna Müdafiə Nazirliyindən guya əldə olunmuş hərbi avadanlıqların satışına dair məlumatlar yayılır. Məlumatda qeyd olunan avadanlıqlar əslində saxta konteynerlər və “PU.94244U” (plutonium) və “U.92” (uran) kimi işarələnmiş kapsullardan ibarətdir.
Ukrayna tərəfi bu məlumatları dezinformasiya və təxribat adlandırır və Rusiyanın beynəlxalq imicinə zərbə vurmaq üçün bu cür üsullara əl atdığını bildirir.
Müşviq Tofiqoğlu
KONKRET.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.