AZ

Tramp Qəzza ilə bağlı razılaşmanın vaxtını AÇIQLADI

ABŞ prezidenti Donald Tramp bildirib ki, Qəzza zolağı ilə bağlı atəşkəs və girovların azad edilməsi üzrə razılaşmaya yaxınlaşılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Tramp Ağ Evdə Qabon, Qvineya-Bisau, Liberiya, Mavritaniya və Seneqal liderləri ilə görüş zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib:

“Deyə bilərəm ki, biz Qəzza ilə bağlı razılaşmaya çox yaxınlaşmışıq. Biz atəşkəs, sülh və girovların qaytarılmasını istəyirik və hesab edirəm ki, buna yaxınıq”.

Tramp əlavə edib ki, “razılaşmanın bu və ya gələn həftə əldə olunacağına dair çox real şanslar var”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Seçilən
6
1
konkret.az

2Mənbələr