Qəbələ rayonu, Vəndam qəsəbəsində bədbəxt hadisə baş verib.
Xezerxeber.az xəbər verir ki, ailəsi ilə birlikdə qəsəbəyə istirahətə gələn 4 yaşlı C.Qasımova nəzarətsiz qalaraq, ailənin kirayə tutduğu evin həyətində yerləşən hovuza düşüb.
Haraya gələn qonşuların səyinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda araşdırma başlanıb.
Daha ətraflı videomaterial “Xəzər Xəbər” in 21:00 buraxılışında təqdim olunacaq.