AZ

Şahdəniz kompressor layihəsində görüləcək işlər açıqlanıb

Bakı. Trend:

Şahdəniz kompressor layihəsi çərçivəsində görüləcək növbətiişlərə başlanılıb.

Bu sözləri Trend-ə açıqlamasında “bp-Azerbaijan” şirkətininmətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.

O, Şahdəniz kompressor layihəsi çərçivəsində görülən növbətiişlərdən danışıb: “Bu layihə çərçivəsində Şahdəniz yatağında yenibir platforma inşa olunacaq. Bu platformada kompressorlarquraşdırılacaq və bu güclü kompressorlar bizə imkan verəcək ki,yataqdakı aşağı təzyiqli qazı da kompressiya edərək Səngəçalterminalına ötürək və bazarlara çatdıraq. Yəni, Şahdənizdənhasilatın davamlı olması, xüsusilə də aşağı təzyiqli qazın hasiledilərək nəqlə verilməsi və bazarlara çatdırılması Şahdənizkompressor layihəsi ilə mümkün olacaq. Biz artıq bu layihənin yekuninvestisiya qərarını vermişik, bu, 2,9 milyard dollarlıq birlayihədir. Hazırda layihə çərçivəsində növbəti işlərəbaşlamışıq”.

Qurumun sözçüsü bp-nin bu sahədə böyük təcrübəsinin olduğunuqeyd edib: “İndiyə qədər Şahdəniz yatağında mərhələlərləplatformalar tikmişik, həmçinin Azəri-Çıraq-Günəşli yatağında 9platforma inşa etmişik. Bu isə növbəti bir platforma olacaq. Bizimbu sahədə böyük təcrübəmiz var. Hazırda Azərbaycanda beləplatformaların inşası üçün çox yaxşı tikinti-quraşdırma sahələrimövcuddur, istər Bakı Dərin Özülləri Zavodundakı sahə, istərsə dəBibiheybət ərazisindəki tikinti-quraşdırma sahəsi fəaliyyətgöstərir. Biz yerli resurslardan, yerli ehtiyatlardan və əsasənyerli işçi qüvvəsindən istifadə edərək bu platformanın inşasınabaşlayacağıq. Bu layihəyə çox böyük infrastruktur tələbolunmayacaq, çünki artıq mövcud qaz kəməri mövcuddur. Şahdənizyatağından sualtı qaz nəqli kəmərləri var ki, qazı Səngəçalterminalına çatdırır. Yeni platformada kompressor quraşdırılacaq vəterminala çatdırmaq istədiyimiz qaz mövcud infrastruktura istifadəolunaraq terminala ötürüləcək”.

“Bundan əvvəl Şahdəniz yatağını iki mərhələdə işləmişik.Şahdəniz 1 layihəsi çərçivəsində hasil olunan qaz 2006-cı ildənbaşlayaraq Gürcüstan və Türkiyə bazarlarına ötürülür. Daha sonraisə daha böyük mərhələ olan Şahdəniz 2 layihəsinin işlənməsinəbaşladıq. Bu layihə çərçivəsində Azərbaycan, Türkiyə və Gürcüstanbazarları ilə yanaşı Avropa bazarlarına da qaz çatdırılmağabaşlandı. Şahdəniz 2 layihəsinin nəticəsi olaraq Azərbaycan ilkdəfə öz qazını Avropa bazarlarına nəql etməyə başladı. Şahdəniz 2layihəsi çox təhlükəsiz və səmərəli şəkildə işləyir. HazırdaŞahdəniz yatağından hasilatımız ən yüksək səviyyədədir və bu ildəyüksək səviyyədə hasilat gözlənilir. Amma qaz hasilatının davamlıolması üçün növbəti mərhələ lazımdır. Bunun üçün də biz Şahdənizkompressor layihəsinin işlənməsinə qərar verdik”, - deyə TamamBayatlı əlavə edib.

Seçilən
13
1
az.trend.az

2Mənbələr