AZ

Sürücülük vəsiqəsini itirənlərin nəzərinə

Metbuat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Gündəlik həyatımızda baş verə biləcək hallardan biri də sürücülük vəsiqəsinin itirilməsidir. Bu hal insanlarda bəzən çaşqınlıq və narahatlıq yaratsa da, əslində qanunvericilik belə halların qarşısını almaq və problemi operativ şəkildə həll etmək üçün açıq prosedurlar təqdim edir. Bəs sürücülük vəsiqəsini itirən şəxslər nə etməlidir?Mövzu ilə bağlı Metbuat.az-a danışan hüquqşünas Ramil Süleymanov bildirib ki, vəsiqənin itməsi halında sürücülər panikaya düşməməli, rəsmi prosedurları izləməlidirlər:“Əgər sürücülük vəsiqəsi itibsə, ilk olaraq bu barədə Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə məlumat verilməlidir. Şəxs şəxsiyyət vəsiqəsi ilə ASAN xidmət və ya DYP-nin qeydiyyat-imtahan şöbəsinə yaxınlaşaraq vəsiqənin bərpası üçün müraciət edə bilər”.Onun sözlərinə görə, sənədin dublikatı verilir və bu proses üçün sürücüdən müəyyən dövlət rüsumu tutulur: “Hazırda bu xidmətin qiyməti 30 manat civarındadır. Əgər vəsiqə oğurlanıbsa, polisə müraciət etməklə yanaşı, müvafiq arayış da təqdim olunmalıdır”.Ekspert əlavə edib ki, yeni vəsiqə eyni kateqoriyalar və keçmiş hüquqi statusla verilir və bu, hüquqi baxımdan itirilmiş sənədin hüququnu tam şəkildə əvəz edir.

Ülkər/Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
5
metbuat.az

6Mənbələr