Ajans.az xarici mətbuata istinadən xəbər verir ki, Fransada kişi istirahətə gedərkən yanacaqdoldurma məntəqəsində həyat yoldaşını unudub. 62 yaşlı fransız Parisdən Mərakeşə gecə səfəri zamanı arvadını yanacaqdoldurma məntəqəsində unudub. 62 yaşlı qadın Deux-Sevr departamentində magistral yolda tək qalıb, əri onun itdiyini bilmədən yoluna davam edib. O, arvadının maşında olmadığını yalnız 300 kilometrdən sonra anlayıb. Eyni zamanda, təqaüdçü qadını dəqiq harada tərk etdiyini xatırlaya bilməyib. Onların maşında yatan 22 yaşlı qızı da maşın sürərkən heç nə hiss etmədiyi üçün atasına köməklik edə bilməyib. "Bizə səhər saat 8:30 radələrində zəng gəldi. Ancaq adam həyat yoldaşınə harada və nə vaxt unutduğunu xatırlaya bilmədi",- dedi Landes bölgəsindən olan jandarmlar. Polis magistralın ödənişli hissələrindəki kameraları yoxlayıb və məlum olub ki, avtomobil gecə ərzində bir neçə dəfə dayanıb. Qadını ancaq telefonundan gələn siqnalla tapıblar - o, Pamru yanacaqdoldurma məntəqəsində gecələyib. “Qadın, özü yerli jandarmlarla əlaqə saxlayıb, ərinin onu unudduğunu bildirib”, - polisdən bildiriblər. Kişi dönüb arvadının arxasınca getməli oldu.