AZ

Bu ölkə Ukraynaya qoşun göndərə bilər – Rəsmi

"Britaniya Ukraynaya qoşun yeritmək təşəbbüsündən əl çəkməyib".

Olaylar.az xəbər verir ki, bunu Böyük Britaniyanın müdafiə naziri Con Hili deyib.

"Böyük Britaniyanın Baş naziri Kir Starmer həmişə açıq şəkildə bəyan edib ki, o, atəşkəsin yaradılmasına kömək etmək üçün Ukraynaya qoşun göndərməyə hazırdır", - o vurğulayıb.

Nazirin sözlərinə görə, London ukraynalıların mövqelərini gücləndirmək zərurəti ilə bağlı belə bir addım ata bilər.

Qeyd edək ki, iyulun 9-da Britaniyanın "The Telegraph" qəzeti Böyük Britaniya və Avropa İttifaqı () ölkələrinin öz qoşunlarını Ukrayna ərazisinə göndərmək planlarını təxirə saldığını yazmışdı.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
8
olaylar.az

1Mənbələr