“Sabah” Avropa Liqasının I təsnifat mərhələsində bu gün Sloveniyanın “Çelye” komandasını qəbul edəcək. “Bank Respbulika Arena”da baş tutacaq görüşə saat 20:00-da start veriləcək.
“Çelye” ilə bugünkü görüş “Sabah”ın avrokuboklardakı 4-cü ev oyunu olacaq. “Bayquşlar” daha əvvəl Latviyanın RFŞ, Serbiyanın “Partizan”, İsrailin “Makkabi” (Hayfa) və İrlandiyanın “Sent-Patriks” klublarnı qəbul edib.
“Sabah” bu matçlarda 2 qələbə qazanıb, 2 dəfə uduzub. Avrokuboklarda tarixində ilk dəfə iştirak etdiyi 2023/24 mövsümündə RFŞ-ni və “Partizan”ı evdə üstələməyi bacaran “Sabah” bu görüşlərdə rəqiblərinə 2 qol vurub. RFŞ-ni səfərdə də məğlub edən “Sabah” “Partizan”a Serbiyada penaltilər seriyasında uduzub.
Ötən mövsümdə Konfrans Liqasnda II təsnifat mərhələsindən mübarizəyə başlayan “Sabah” İsrailin güclü “Makkabi” (Hayfa) komandasını iki oyunun nəticəsinə görə üstələyib. Səfərdə 3:0 hesablı qələbə qazanan “bayquşlar” ev oyununda 3:6 hesabıyla uduzub, oyun əlavə vaxta gedib və daha sonra penaltilər seriyasında üzü gülən təmsilçimiz olub. III təsnifat mərhələsində isə “Makkabi”dən daha zəif olan İrlandiyanın “Sent-Patriks” klubuna hər iki oyunda minimal hesabla (0:1) uduzan “Sabah” mübarizəni dayandırıb.
Şahin Cəfərov