AZ

“Mən qalmaq üçün buradayam, oynamaq istəyirəm, özümə borcluyam”

”Milan”ın yarımmüdafiəçisi Ruben Loftus-Çik yeni baş məşqçi Massimiliano Alleqrinin rəhbərliyi altında İtaliya klubunda qalmağa ümid edir.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ingiltərəli futbolçu bu haqda komanda yay tətilindən qayıtdıqdan sonra müsahibəsində danışıb:

“Mən qalmaq üçün buradayam. “Milan”da qalmaq və oynamaq istəyirəm.

Bunu azarkeşlərə, kluba və özümə borcluyam. Keçən il asan olmadı, amma indi özümü yaxşı hiss edirəm və biz çox yaxşı bir şey əldə etmək istəyirik”.

29 yaşlı futbolçu 2023-cü ilin yayında “Çelsi”dən “Milan”a keçib.

Seçilən
0
sportinfo.az

1Mənbələr