AZ

Ceffris: “Ağ Ev Putinin qarşısında sürünür” | VİDEO

AzVision.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar azlığının lideri, Nyu-York ştatından olan Hakim Ceffri belə deyib.

“Vladimir Putinə və Rusiyaya qarşı sanksiyalara güclü ikipartiyalı dəstək var və təəssüf ki, Tramp administrasiyası aylarla Vladimir Putinə yaxınlaşaraq flirtlə məşğuldur, bəziləri isə bu ölkənin düşməni qarşısında diz çökməyimizi təklif edir”,- Ceffrinin bəyanatından “CNN” telekanalı sitat gətirir.

Focus: “Trampın yeni hiyləgər planı”| VİDEO
Onun sözlərinə görə, Moskva ilə Kiyev arasındakı münaqişədə Vaşinqtonun hansı tərəfdə dayandığına“şübhə olmamalıdır”.Konqresmen bu gün“demokratiya ilə avtokratiya arasında, azadlıq və istibdad arasında, həqiqətlə təbliğat arasında”mübarizə getdiyini vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Almaniyanın “Focus” jurnalı ABŞ prezidenti Donald Trampın Kiyevə hərbi yardımdan Ukrayna prezidenti Volodimir Zelesnkiyə təzyiq kimi istifadə etmək niyyətində olduğunu yazıb. Bu baxımdan, ABŞ-nin Ukraynaya hərbi yardımı bərpa etməsini jurnal Donlad Trampın hiyləgər siyasəti kimi qiymətləndirib.

Sahil İsgəndərov
AzVision.az
Seçilən
21
1
azvision.az

2Mənbələr