AZ

Braziliya ABŞ-ın ticarət siyasətinə reaksiya verib

BAKI, TurkicWorld

Braziliya Trampın 50 faizlik tariflərinə cavab verəcəyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Braziliya prezidenti Luiz İnasio Lula da Silva ABŞ-ın Braziliya məhsullarına 50 faiz gömrük rüsumu tətbiq etmək qərarına sərt reaksiya verib.

Lula bəyan edib ki, bu addıma Braziliya İqtisadi Qarşılıqlılıq Qanunu çərçivəsində cavab veriləcək.

Prezident Lula X sosial media platformasında yaydığı açıqlamada bildirib ki, Braziliya heç bir ölkənin aləti olmayacaq və suverenliyini qoruyacaq. O qeyd edib ki, ABŞ son 15 ildə Braziliya ilə ticarətdə təxminən 410 milyard dollarlıq gəlir əldə edib. Bu səbəbdən, birtərəfli tarif artımı ilə bağlı cavab addımları ölkənin maraqları əsasında atılacaq.

Lula həmçinin vurğulayıb ki, Braziliyada fəaliyyət göstərən bütün yerli və xarici şirkətlər qanunlara riayət etməlidir:

“Suverenlik, qarşılıqlı hörmət və Braziliya xalqının maraqlarının qorunması bizim beynəlxalq münasibətlərdə əsas prinsiplərimizdir.”

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp bir müddət əvvəl Braziliya məhsullarına 50 faizlik gömrük rüsumu tətbiq olunacağını açıqlayıb. Yeni tarif 1 avqustdan qüvvəyə minəcək. Tramp, bu tarifdən yayınmaq üçün dolayı yollarla ABŞ-a gətirilən məhsulların daha da yüksək tariflə qarşılaşacağını bildirib.

Seçilən
8
turkic.world

1Mənbələr