Yunanıstanın batmış “Eternity C” yük gəmisinin daha 4 ekipaj üzvü Qırmızı dənizdə xilas edilib. Bu barədə Avropa Dəniz Missiyası Aspides məlumat yayıb. Təşkilat ümumilikdə 10 nəfərin xilas edildiyini qeyd edib.
"İyulun 9-dan 10-na keçən gecə Eternity C-nin daha üç ekipaj üzvü (Filippin vətəndaşları) və Dəniz Təhlükəsizliyi Xidmətindən bir nəfər (Yunanıstan vətəndaşı) xilas edilib", - Aspides X-də bildirib.
İyulun 9-da Ənsar Allah hərəkatının nümayəndəsi yəmənli husilərin Qırmızı dənizdə Yunanıstanın Eternity C yük daşıyıcısına hücum etdiyini təsdiqləyib. Amerikanın Yəməndəki səfirliyi Ənsar Allahı sağ qalan ekipaj üzvlərinin çoxunu qaçırmaqda günahlandırıb və girovların dərhal azad edilməsini tələb edib.