AZ

Milli Aviasiya Akademiyasında (MAA) “Süni İntellekt Texnologiyaları və Aerokosmik Problemlər” III Beynəlxalq Elmi-Praktik Konfrans keçirilib (FOTO)

Bakı. Trend:

9 iyul tarixlərində Milli Aviasiya Akademiyasında (MAA) “Süniİntellekt Texnologiyaları və Aerokosmik Problemlər” III BeynəlxalqElmi-Praktik Konfrans keçirilib.

Trend xəbər verir ki,konfransı açıq elan edən Akademiyanın birinci prorektoru ƏdalətSəmədov MAA-nın rektoru, akademik Arif Paşayevin salamlarınıiştirakçılara çatdıraraq, uğurlar arzuladı. Qeyd etdi ki,konfransın konseptual və praktiki əsasını Prezident İlham Əliyevin“2025–2030-cu illər üçün Rəqəmsal İnkişaf və Süni İntellektStrategiyası” təşkil edir.

Akademik Rasim Əliquliyev Süni İntellekt Strategiyası barədəkonfrans iştirakçılarına ətraflı məlumat verdi, süni intellekttexnologiyalarının sürətli inkişafını və bu baxımdan konfransınəhəmiyyətini xüsusi vurğuladı.

Konfransın əsas məqsədi, Azərbaycanın milli süni intellektstrategiyasına dəstək verən praktiki tövsiyələrin hazırlanması,aviasiyanın və aerokosmik sahənin inkişafında süni intellektinrolunun müəyyən edilməsi, süni intellekt vasitəsilə aerokosmiktexnologiyaların inkişaf etdirilməsi, gənc tədqiqatçıların buistiqamətdə yaradıcı potensialının artırılması, alimlərin və sənayemütəxəssislərinin bir araya gətirilməsi, elmi yanaşma vətexnologiyaların müzakirə edildiyi akademik platformalarınyaradılmasıdır.

Daha sonra Azərbaycan–İsrail Cəmiyyətinin mədəniyyət üzrədirektoru Yeganə Salman, Odessa Milli Politexnik UniversitetininKompüter Elmləri İnstitutunun direktoru, professor SvetlanaAntoşuk, Azərbaycan–Yaponiya Cəmiyyətinin sədri, professor XəlilKələntər çıxış edərək konfransın beynəlxalq elmi əməkdaşlıq üçünəhəmiyyətini vurğuladılar. İnsan kapitalının formalaşması,nəqliyyat və logistika sistemlərinin idarə olunması, rəqəmsalbacarıqların inkişafında süni intellektin rolundan danışdılar.

Türkiyə, Yaponiya, İsrail, Almaniya, Böyük Britaniya,Qazaxıstan, Ukraynadan tanınmış mütəxəsislər, elmi-tədqiqatinstitutlarının nümayəndələri, texnologiya şirkətlərinintəmsilçiləri və süni intellekt sahəsində fəaliyyət göstərənekspertlərin iştirak etdiyi konfrans çərçivəsində 80-dən çox elmiməruzə dinlənildi, dəyirmi masa, tematik panel və təqdimatkeçirildi. Milli Aviasiya Akademiyasında yeni yaradılmış Süniİntellekt Klubunun da təqdimatı oldu.

İki gün davam edən beynəlxalq konfransda “Aviasiya sistemlərindəsüni intellekt, “Aerokosmik monitorinq problemlərinin həllində süniintellekt texnologiyaları”, “Süni intellekt simulyatorları vəöyrənmə prosesi”, “Aviasiya təhlükəsizliyində süni intellekttexnologiyaları”, “Süni intellektin tətbiqinin sosial və hüquqiprobləmləri”, “İqtisadiyyat və menecmentdə süni intellektininnovativ tətbiqləri” kimi mövzular müzakirə olunub.

Tədbirə Azərbaycanın müxtəlif regionlarından, o cümlədən Bakı,Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərindən 15-dən çox ali təhsilmüəssisəsinin nümayəndələri, doktorantlar və gənc tədqiqatçılarqatılıb.

Milli
Milli
Milli
Milli
Milli
Seçilən
44
1
az.trend.az

2Mənbələr