AZ

Avropa fond yaradıb

Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Ukraynaya yardım üzrə Romada keçirilən donorlar konfransında Avropa Komissiyasının sədri Ursula fon der Leyen respublikanın bərpası üçün yeni fondun yaradıldığını elan edib. Bu fondun formalaşmasında İtaliya, Almaniya, Fransa və Avropa İnvestisiya Bankı da iştirak ediblər. Onun sözlərinə görə, fondun təşkilatçıları tərəfindən təsdiqlənmiş qrantlar və kredit zəmanətləri Ukraynaya 10 milyard dollar həcmində özəl investisiyanın cəlb olunmasına imkan verəcək. Ursula fon der Leyen Avropa biznesini artıq bu gündən Ukraynaya investisiya qoymağa çağırıb.

Bundan əvvəl KİV mənbələrə istinadən bildirmişdi ki, Avropa İttifaqı 2028-ci ildən etibarən Ukrayna üçün 100 milyard avro həcmində xüsusi fond yaratmağı planlaşdırır və bu fondu ittifaqın yeddiillik büdcəsinə daxil etməyi nəzərdə tutur. Bu sənəd üzrə təklifin iyul ayının sonunda təqdim ediləcəyi gözlənilir. Yeni maliyyələşdirmə mexanizmi ümumilikdə hazırkı modelə uyğun olacaq – bu model çərçivəsində Avropa Komissiyası qrantlar və aşağı faizli kreditlər vasitəsilə yardım göstərir, Kiyev isə bu yardımı almaq üçün islahatlar həyata keçirir.

Bundan əvvəl məlum olmuşdu ki, Avropa İttifaqı 2026-cı il üçün Ukraynanın büdcə kəsirini – 19 milyard dolları – qarşılayacaq. Bu barədə bu gün Ukraynanın Baş naziri Denis Şmıqal da məlumat verib.

Seçilən
9
Ajans.az

1Mənbələr