Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin I Liqa təmsilçisi “İğdır” klubunun forma sponsoru olub.
Futbolpress.az xəbər verir ki, bu barədə “SOCAR Türkiye” məlumat yayıb.
Tərəflər arasında anlaşma 1 illikdir. SOCAR-ın loqosu klubun formalarının ön hissəsində yer alacaq.
SOCAR eyni zamanda Türkiyə Superliqası təmsilçisi “Qalatasaray”a sponsorluq edir.