AZ

Qəzzada dönüş nöqtəsi: Girov razılaşması atəşkəsə yol aça bilər RƏY

Sherg.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

İsrail və HƏMAS arasında Qəzzada atəşkəsin əldə olunması və saxlanılan girovların azad edilməsi ilə bağlı razılaşmaya nail olunması ehtimalı artır.

Bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Düşünürəm ki, biz razılaşmaya getdikcə daha da yaxınlaşırıq. Onun əldə olunması üçünmşanslar var”, – o qeyd edib.

Xatırladaq ki, iyulun 6-da Misir, Qətər və ABŞ-nin vasitəçiliyi ilə HƏMAS və İsrail nümayəndələri Dohada danışıqları bərpa ediblər. Danışıqların məqsədi atəşkəsə dair razılaşmanın əldə olunması və Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsidir.

Politoloq Sədrəddin Soltan Sherg.az-a söyləyib ki, HƏMAS artıq girovların azad edilməsi ilə bağlı razılıq verib:

"Bu da regionda gərginliyin azaldılması istiqamətində atılmış mühüm addım kimi qiymətləndirilə bilər. Bu razılaşma perspektivdə tərəflər arasında girov və əsir mübadiləsi üçün konkret və davamlı bir mexanizmin formalaşmasına zəmin yaradır. Əgər İsrail dövləti də analoji şəkildə konstruktiv mövqe nümayiş etdirərsə, Qəzza zolağında son aylarda müşahidə olunan dramatik humanitar vəziyyətin yüngülləşməsi mümkündür. Xüsusilə humanitar yardımın bölgəyə fasiləsiz şəkildə daxil olması, mülki əhalinin vəziyyətini nisbətən normallaşdıra bilər. Nəticə etibarilə bu addımlar HƏMAS-la İsrail arasında danışıqlar üçün əlverişli zəmin yarada, regionda uzunmüddətli atəşkəs və sülh təşəbbüslərinə təkan verə bilər".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
50
sherg.az

10Mənbələr