Amerikanın Texas ştatında baş vermiş sel və daşqınlar nəticəsində ölənlərin sayı 120-yə çatıb.
Daşqınlardan ən çox əziyyət çəkən Kervil şəhərində ölənlərin xatirəsi yad edilib.
Rəsmilər 160 nəfərin itkin olduğunu bildiriblər. Onların meyitləri axtarılır.
Ölənlərdən 30-u uşaqdır. Onlar xristian qızlar düşərgəsində sel sularına qapılaraq həlak olublar.
Hadisənin üzərindən artıq 6 gün keçdiyi üçün sağ qalanların olması ehtimalı qalmayıb.
Daşqınlara səbəb leysandan sonra Qvadalupa çayında su səviyyəsinin 45 dəqiqə ərzində 8 metrə yaxın yüksəlməsi olub.
Sel geniş ərazidə irimiqyaslı dağıntılar törədib.
Prezident Donald Tramp hadisə ilə bağlı böyük fəlakət bəyannaməsi qəbul edib.
Onun daşqın bölgəsini ziyarət edəcəyi gözlənilir.
Bir sıra mənbələr iddia edir ki, qurumların potensial daşqınlarla bağlı vaxtında tədbir görməməsi Ağ Evin Milli Hava Xidməti üçün büdcəni ixtisar etməsi ilə bağlıdır.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta