AZ

Kamran İbrahimov daha 1 il “Karvan”da!

2025/2026-cı illər mövsümündə Premyer Liqada mübarizə aparacaq “Karvan” qapıçısı Kamran İbrahimov ilə yeni müqavilə bağlayıb.

Arena.az xəbər verir ki, bu barədə Yevlax təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

26 yaşlı futbolçu ilə 1 illik müqavilə bağlanıb. O, 2025/2026-cı illər mövsümünün sonuna kimi “Karvan”ın uğurları üçün çalışmağa davam edəcək.

Xatırladaq ki, Kamran İbrahimov 2024/2025-ci illər mövsümünün əvvəlində “Kəpəz”dən azad agent kimi “Karvan”a keçmişdi. Qapıçı daha öncə “Kəpəz” və “Neftçi”də forma geyinib.

“Karvan” daha öncə Ezekiel Morqan, Emil Qasımov, Bəhruz Teymurov, İzzət Müştaqov, Elvin İsmayılov, Müşviq Teymurov, Peyman Keşavarzi, İlham Hüseynov, Məmməd Muradov, Aref Muhammedalipur və Beqzod Xulikulovla yollarını ayırıb. Gedənlərin əvəzində Eltun Turabovla Süleyman Əhmədov heyətə cəlb olunub.

Seçilən
35
arena.az

1Mənbələr