AZ

Kiyevdə Ukrayna Təklükəsizlik Xidmətinin polkovniki qətlə yetirilib - FOTO/VİDEO

Ukrayna Təhlükəsizlik Xidmətinin polkovniki İvan Voroniç Kiyevdə güllələnib. O, xüsusi əməliyyatlar mərkəzinin 16-cı idarəsinin 1-ci şöbəsinin baş əməliyyat əməkdaşı vəzifəsində çalışırdı.
 
Həlak olan şəxsin kimliyi keçmiş Ali Rada deputatı İqor Mosiyçuk tərəfindən açıqlanıb. Məlumatı Ukraynanın Xüsusi Əməliyyat Qüvvələrinə məxsus hərbi hissənin sabiq komandir əvəzi Roman Çervinski də təsdiqləyib.
 
Hadisə bu gün səhər paytaxtın Qoloseyevski rayonunda baş verib. Bu barədə ilk məlumatlar yerli sosial şəbəkə səhifələrində yayılıb.
 

 

Hadisəni törədən şəxs hadisə yerindən qaçıb və hazırda axtarışdadır.
 
Mosiyçukun bildirdiyinə görə, naməlum şəxs, ehtimal ki, səsboğucu ilə təchiz edilmiş tapançadan beş dəfə atəş açıb. Çervinski dəqiqləşdirib ki, güllələr yaxın məsafədən atılıb.
 
50 yaşlı İvan Voroniç 2023-cü ildən bu vəzifədə işləyib.
 
Seçilən
48
moderator.az

1Mənbələr