AZ

"Merck" Britaniyanın "Verona Pharma" şirkətini 10 milyard dollara alır

Amerikanın əczaçılıq nəhəngi "Merck" Britaniyanın tənəffüs xəstəlikləri üçün dərman hazırlayan "Verona Pharma" şirkətini satın alır.

“İki sahil” xəbər verir ki, bu barədə CNBC- məlumat yayıb.

"Merck"in press-relizində qeyd edilir ki, satışın dəyəri təxminən 10 milyard dollardır. Şirkət "Verona Pharma"nın hər bir səhmi üçün 107 dollar ödəyəcək.

Satınalma "Merck"ə Britaniya şirkəti tərəfindən hazırlanmış və istifadəyə icazə verilmiş Ohtuvayre (ensifentrine) dərmanı ilə böyüklərdə xroniki obstruktiv ağciyər xəstəliyinin müalicəsi xəttini genişləndirməyə kömək edəcək.

2024-cü ildə Ohtuvayre satışları 42,3 milyon dollar qazanc gətirib və CNBC-nin istinad etdiyi analitiklərə görə, onun satış gəlirləri ildə 3 milyard dolları keçə bilər.

Seçilən
20
ikisahil.az

1Mənbələr