AZ

Klub rüşvət qalmaqalına görə çempionatdan kənarlaşdırılıb

Moskva "Torpedo"su 2025/26 mövsümündə Rusiya Premyer Liqasından kənarlaşdırılıb.

İdman.biz xəbər verir ki, "avtozavodçular" həmçinin 5 milyon rubl (təxminən 109 min manat) məbləğində cərimələniblər.

Bundan başqa, “Torpedo”nun sahibi Leonid Sobolev 5 il, klubun baş direktoru Valeri Skorodumov isə 10 il müddətinə futboldan uzaqlaşdırılıblar.

Rəhbərlik Birinci Liqada oyunların nəticəsini əvvəlcədən razılaşdırmaq məqsədilə hakimləri rüşvətlə ələ almağa cəhd etməkdə ittiham olunurlar.

Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsümün startına səkkiz gün qalsa da, çempionatın 16-cı iştirakçısı hələ məlum deyil.

İdman.biz

Məqalədə:
Seçilən
6
1
idman.biz

3Mənbələr