AZ

Ukrayna prezidenti Romaya gedib

Ukrayna mətbuatı xəbər verir ki, ölkə prezidenti Volodimir Zelenski iyulun 10-11-də Romada keçiriləcək Ukraynanın Bərpası üzrə Beynəlxalq Konfransda (URC) iştirak etmək üçün İtaliyanın paytaxtına gəlib.

Məlumatı “Anadolu” yayıb. 

Tədbirdə dövlət başçısı ilə yanaşı, Ukraynanın birinci xanımı Yelena Zelenskaya da iştirak edir.

Romada keçirilən forum Ukraynanın dəstəklənməsinə və yenidən qurulmasına həsr olunmuş yüksək səviyyəli konfranslar silsiləsində dördüncüdür. Bundan əvvəl oxşar görüşlər İsveçrənin Luqano, Böyük Britaniyanın London və Almaniyanın Berlin şəhərlərində keçirilib.

P.ƏMİRCANOV
XQ

Seçilən
27
1
xalqqazeti.az

2Mənbələr