ain.az bildirir, Yeniavaz saytına əsaslanaraq.
Azərbaycan- Ermənistan sülh müqaviləsi Cənubi Qafqaz regionuna sülh və sabitlik gətirəcək.
Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
O, Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidəki görüşünü şərh edərkən Rusiyanın bu prosesi tam dəstəklədiyini bildirib.
“Belə bir sazişin imzalanması regiona proqnozlaşdırılabilənlik, sabitlik və sülh gətirəcək mühüm amil olacaq”, - Kreml nümayəndəsi qeyd edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.