Bu fikirləri Azərbaycan-Özbəkistan arasında imzalanan yeni dövlətlərarası sənədlərlə bağlı Olaylar.az-a açıqlamasında Regional Hüquqi və İqtisadi Maarifləndirmə" İctimai Birliyinin sədri Arzu Bağırova deyib. Sədr bildirib ki, imzalanmış sənədlər enerji, daşımaçılıq, rəqəmsallaşma, təhsil və sənaye sahələrini əhatə edir. Bu, təkcə siyasi iradənin ifadəsi deyil, habelə, necə deyərlər, praktik əməkdaşlığın hüquqi infrastrukturunun qurulması deməkdir. Əməkdaşlıq mexanizmləri konkret layihələr və zaman çərçivələri ilə müşayiət olunduğu üçün yaxın illərdə gerçək sonuclar görəcəyimizə inanırıq. Azərbaycan və Özbəkistan arasında imzalanan bu sənədlər, milli çıxarların uzlaşdırılması, hüquqi çərçivələrin uyğunlaşdırılması, regional resurslardan optimal istifadə baxımından önəm və dəyər daşıyır. Biz bu sənədləri yalnız dövlətlərarası münasibətlərin inkişafı kimi deyil, həm də regionda hüquqi təfəkkürün və idarəetmə mədəniyyətinin yüksəlişi kontekstində təqdir edirik.
Özbəkistanın "İbrət Fərzəndləri" təşkilatı ilə bir il öncə, ortaq fəaliyyətə dair Anlaşma imzalamış İctimai birlik olaraq, bu sənədlərin cəmiyyətə izahı, hüquqi maarifləndirilməsi və ictimaiyyətə doğru təqdimatı istiqamətində təşəbbüslər göstərməyə davam edəcəyik.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta