AZ

Dağıstanda kütləvi zəhərlənmə: sudan yoluxanların sayı 300-ü keçib

Dağıstanın Maqaramkent rayonunda içməli sudan qaynaqlanan bağırsaq infeksiyası nəticəsində 302 nəfər həkimə müraciət edib.

AzPost xəbər verir ki, Respublika Səhiyyə Nazirliyinin məlumatına görə, zərərçəkənlərin böyük əksəriyyəti – 294 nəfəri uşaqlardır.

Zəhərlənmə hallarının iyulun yedisinə keçən gecədən etibarən artdığı bildirilir. Yerli sakinlər yüksək hərarət, ürəkbulanma, ishal və ümumi halsızlıq əlamətləri ilə tibbi yardım üçün xəstəxanaya üz tutublar.

Mağaramkənd Mərkəzi Rayon Xəstəxanasında xəstələrə qastroenterit diaqnozu qoyulub. Rəsmi məlumatda xəstələrin vəziyyətinin qənaətbəxş olduğu, ağır yoluxma halının qeydə alınmadığı qeyd edilir.

Hazırda 93 nəfərin müalicəsi davam edir, 3 nəfər isə evə buraxılıb. Səhiyyə qurumları infeksiya hallarının artmasında azalma müşahidə olunduğunu və müalicənin müsbət nəticə verdiyini bildirirlər.

Baş verənlərlə bağlı hüquq-mühafizə orqanları tərəfindən cinayət işi açılıb. Epidemiya mənbəyi kimi ilkin ehtimalla içməli suyun çirklənməsi göstərilir.

AzPost.az

Seçilən
46
azpost.info

1Mənbələr