AZ

Kurtua: “Bundan dərs almalıyıq”

“Real”ın qapıçısı Tibo Kurtua Klublararası Dünya Çempionatının yarımfinalında PSJ-yə uduzduqları görüşü şərh edib.

Futbolpress.az DAZN telekanalına istinadən xəbər verir ki, qolkiper 0:4 hesablı məğlubiyyətlə bağlı bunları deyib:

“PSJ oyuna sürətli başlayır və çox güclüdürlər. Məşqçimizin planına əməl etməliydik. Rəqibi təzyiq altına sala bilmədik. İlk iki qol oyunun taleyini həll etdir.

Çətindir, amma bundan dərs almalıyıq. Belə belə bir zərbə komandanın təkmilləşməsinə kömək edir. Epizodlarda gecikdik, mövqelər boş qaldı. Onlar qaçırdı, biz çata bilmirdik. Dağınıq formada oynayanda nəticə belə ola bilir”.

Seçilən
4
1
futbolpress.az

2Mənbələr