Ajans.az lenta ru-ya istinadən xəbər verir ki, Yeraltı təkanlar yerli vaxtla saat 04:13-də (Moskva vaxtı ilə 00:13) Ust-Koksinski rayonda qeydə alınıb. Zəlzələnin episentri Talda kəndindən şimal-şərqə doğru 10 kilometr məsafədə yerləşib. “50 kilometrlik əraziyə Ust-Koksinski, Ust-Kan və Ongudayski rayonlarının 24 yaşayış məntəqəsi daxildir,” — deyə mətbuat xidməti məlumat verib. Nazirlik həmçinin qeyd edib ki, yerli sakinlər yeraltı təkanları hiss etməyib. İyulun əvvəlində məlum olub ki, İstanbulda 4,2 maqnitudalı zəlzələ baş verib. Yerli "Türkiye" qəzeti yazıb ki, zəlzələnin ocağı 8 kilometr dərinlikdə yerləşib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta