AZ

Cənubi Koreyanın sabiq prezidenti ikinci dəfə həbs edilib

Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yolun ölkədə hərbi vəziyyətin tətbiqinə uğursuz cəhdinə görə ikinci həbs qərarı verib. Bu barədə “Yonhap”agentliyi cümə axşamı məlumat yayıb.

Yun Sok Yol 2024-cü ilin dekabrında Cənubi Koreyada hərbi vəziyyət elan etməyə çalışıb, lakin parlament onu üsyana cəhddə ittiham edib və prezidentə impiçment elan edib.

“Reuters”-in məlumatına görə, prokurorluq Yunun cavab reaksiyası yaratmaq və bununla hərbi vəziyyəti elan etməyə haqq qazandırmaq üçün Şimali Koreyaya döyüş pilotsuz təyyarələrini göndərmək əmrini verdiyinə dair sübutlar tapıb.

Cənubi Koreyanın o zamankı prezidenti ilk dəfə bu ilin yanvarında həbs edilib. Daha sonra məhkəmə onun həbsin ləğvi ilə bağlı vəsatətini təmin edib və mart ayında onu azadlığa buraxıb.

Yun Sok Yol 2024-cü ilin dekabrında hərbi vəziyyət tətbiq etməyə cəhd etdikdən sonra impiçment elan edilib. Konstitusiya Məhkəməsi aprelin 4-də impiçmenti təsdiqləyib.

Ona qarşı irəli sürülən ittihamlara görə onu ömürlük həbs və ya ölüm cəzası gözləyir.

İyun ayında Cənubi Koreyada növbədənkənar prezident seçkiləri keçirilib və seçkilərdə müxalifətdəki Demokratik Partiyanın namizədi Li Çje Mön qalib gəlib.

Almaz Həsənli

Seçilən
25
oxumeni.az

1Mənbələr