AZ

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarına müraciət ünvanlayıb

Bakı. Trend:

Prezident İlham Əliyev Beynəlxalq Mülki Müdafiə Təşkilatının BaşAssambleyasının 3-cü növbədənkənar sessiyasının iştirakçılarınamüraciət ünvanlayıb.

Trend xəbərverir ki, müraciətdə deyilir:

"Hörmətli sessiya iştirakçıları!

Sizi Beynəlxalq Mülki Müdafiə Təşkilatının Baş Assambleyasının3-cü növbədənkənar sessiyasının açılışı münasibətilə Bakı şəhərindəsəmimi-qəlbdən salamlayıram.

Dünyada insanların təhlükəsizliyi, əmin-amanlığı və rifahınıntəmin edilməsi üçün həyati əhəmiyyət kəsb edən məsələlərə həsrolunmuş bu yüksək səviyyəli beynəlxalq tədbirə ev sahibliyietməkdən məmnunluq duyuruq. Bu sessiyanın Azərbaycanda keçirilməsiölkəmizin qlobal təhlükəsizlik, fəlakət risklərinin azaldılması vəmülki müdafiə məsələlərinə verdiyi önəmin bariz nümunəsidir.

Hazırkı sessiya bəşəriyyət üçün həlledici bir məqama – təbii vətexnogen fəlakətlərin sayının artdığı, iqlim böhranlarınındərinləşdiyi, dövlətlərin yeni təhlükələr və çağırışlarla üzləşdiyivə mülki müdafiə sistemlərinin ciddi sınaqdan keçirildiyi vaxtatəsadüf edir. Bu xüsusda, mülki müdafiə və əhalinin mühafizəsisahəsində çoxtərəfli əməkdaşlığın inkişafını təşviq edən və busahədə qlobal koordinasiyanı təmin edən beynəlxalq səviyyədəixtisaslaşmış yeganə hökumətlərarası təşkilat olaraq BeynəlxalqMülki Müdafiə Təşkilatının aparıcı və unikal rolu xüsusi əhəmiyyətkəsb edir. Beynəlxalq Mülki Müdafiə Təşkilatı milli strukturlarıngücləndirilməsinə dəstək göstərir, müxtəlif inkişaf səviyyəsinə vəresurslara malik ölkələr arasında təcrübə və bilik mübadiləsiniasanlaşdırır, mülki müdafiə xidmətləri arasında həmrəylik vətərəfdaşlıq ruhunu möhkəmləndirir.

Bu gün burada böhranlara və fəlakətlərə qarşı mübarizənin öncərgəsində duran, həyatını cəmiyyətə xidmətə həsr etmiş, müxtəlifölkələri təmsil edən peşəkarlar və mütəxəssislər toplaşıblar. Mənqlobal mülki müdafiə, o cümlədən fövqəladə hallara hazırlıq,fəlakətlərə reaksiya sahəsində dost ölkələrin aidiyyəti orqanlarıarasında dinamik surətdə inkişaf edən tərəfdaşlıq əlaqələriniyüksək qiymətləndirirəm.

Azərbaycan mülki müdafiə sahəsində beynəlxalq əməkdaşlığa böyükönəm verir. Beynəlxalq ictimaiyyətin məsuliyyətli üzvü kimi ölkəmizinsan həyatının müdafiəsinə, ətraf mühitin və infrastrukturunqorunmasına yönəlmiş qlobal təşəbbüslərin formalaşmasında və həyatakeçməsində yaxından iştirak edir. Azərbaycanın ev sahibliyi etdiyibir sıra mühüm beynəlxalq tədbirlər, xüsusilə də keçən il baştutmuş COP29 və gələn il keçiriləcək Ümumdünya Şəhərsalma Forumubəşəriyyəti narahat edən ən aktual problemlərin həllinə, onlarınfəsadlarının aradan qaldırılmasına və ümumilikdə qlobal həmrəyliyingücləndirilməsinə xidmət edir.

Bu gün mülki müdafiə mexanizmlərinin inkişafı üçün universalplatforma olan Beynəlxalq Mülki Müdafiə Təşkilatının beynəlxalqarenada davamlılığını və nüfuzunu gücləndirmək üçün bütün üzvdövlətlərin səylərinin səfərbər olunması və birgə fəaliyyətinintəmin edilməsi strateji əhəmiyyət daşıyır. Müasir dünyamızda artanrisklər fonunda dövrün çağırışlarına cavab verə bilən, onauyğunlaşan, beynəlxalq həmrəylik və qarşılıqlı yardımın effektivaləti kimi güclü Beynəlxalq Mülki Müdafiə Təşkilatının olmasıolduqca labüddür.

Məhz bu kontekstdə, sessiya zamanı keçiriləcək Baş katibvəzifəsinə seçkilər təşkilatın gələcək inkişaf istiqamətlərininmüəyyən olunmasında həlledici mərhələ olacaqdır. Seçkiyə təqdimolunan namizədlər arasında Azərbaycan Respublikasının nümayəndəsidə yer almaqdadır. İnanıram ki, ölkəmizi təmsil edən nümayəndə Başkatib seçiləcəyi təqdirdə Beynəlxalq Mülki Müdafiə Təşkilatınınfəaliyyətində səmərəliliyin artırılması, şəffaflığın təmin olunmasıvə hesabatlı idarəçilik prinsiplərinin möhkəmləndirilməsi,beynəlxalq tərəfdaşların tam etimad bəslədiyi, çevik və effektivbir təşkilati modelin formalaşdırılması istiqamətində ardıcıl vəprinsipial səylər göstərəcəkdir.

Əminəm ki, Beynəlxalq Mülki Müdafiə Təşkilatının BaşAssambleyasının 3-cü növbədənkənar sessiyası beynəlxalq mülkimüdafiə sisteminin daha da möhkəmlənməsinə və təşkilatınfəaliyyətinin təkmilləşdirilməsinə töhfə verəcəkdir.

Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlararzulayıram".

Seçilən
46
49
az.trend.az

10Mənbələr