AZ

İran rəsmisi Trampı dronla göbəyindən vurmağla HƏDƏLƏDİ

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Florida ştatındakı Mar-a-Lago kurortunda öldürülə bilər. Bu barədə İranın ali liderinin müşaviri Cavad Laricaninin açıqlamasına istinadən Mirror nəşri məlumat yayıb.

“Bakuinfo” xəbər verir ki, Laricani bildirib ki, Tramp “qarını günəşə verərək uzanarkən” onun göbəyinə yönəldilmiş kiçik bir dron vasitəsilə aradan götürülə bilər:

“Tramp bir şey etdi ki, artıq Mar-a-Lagoda günəşlənmir. Çünki o, orada qarını günəşə tutaraq uzanır. Kiçik bir pilotsuz uçan aparat onun göbəyinə dəysə kifayətdir. Hər şey çox sadədir”, – deyə Cavad Laricani dövlət televiziyasında bildirib.

Bu sərt açıqlama, İranın ali liderinə qarşı təhdidlərə görə məsuliyyət daşıyanların cəzalandırılması üçün yaradılmış onlayn platformanın istifadəyə verilməsindən sonra səsləndirilib. Sözügedən “Qanlı Əhd” (ing. Bloody Pact) adlı saytda “Tanrı düşmənləri” adlandırılan şəxslərə qarşı mükafat təklif olunur. Siyahıda Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu da var.

Donald Tramp isə bu hədəyə cavabında təhdidin real olub-olmadığına şübhə etdiyini, lakin belə təhlükənin istisna olunmadığını bildirib.

Qeyd edək ki, bu, Trampa qarşı İran tərəfindən gələn ilk ölüm təhdidi deyil. 2023-cü ilin noyabrında ABŞ Federal Təhqiqatlar Bürosu (FBI), İran agentləri tərəfindən Trampın öldürülməsi planı ilə bağlı sui-qəsd cəhdini ifşa etmişdi. Araşdırmalara görə, Əfqanıstan vətəndaşı Farhad Şakəri, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə əlaqədə şübhəli bilinərək Trampa qarşı izləmə və qətl planı hazırlamaq üçün tapşırıq almışdı.

Zərif mesajlı foto: “Trampı aradan götürmək” çağırışı?

Bundan başqa, keçmiş FBI direktoru Ceyms Komi sosial şəbəkədə paylaşdığı bir fotoyla da diqqət çəkib. O, dəniz sahilində dəniz qabıqlarından “8647” rəqəmini düzərək şəklini paylaşıb. Bu paylaşım xüsusilə Tramp tərəfdarları arasında böyük müzakirələrə səbəb olub.

Amerika slengində “86” ifadəsi “kənarlaşdırmaq”, “yox etmək” mənasını verir, “47” isə hazırkı prezidentin sıra nömrəsidir. Bu səbəblə Tramp tərəfdarları paylaşımı “2025-ci ildə Trampı aradan götürmək barədə bir mesaj” kimi dəyərləndiriblər.

Vüsal

📌 Mənbə: KP.RU

Seçilən
31
bakuinfo.net

1Mənbələr