AZ

"MTV Azərbaycan” kanalı xəbərlər xidmətini bağladı

"MTV Azərbaycan” kanalının xəbərlər departamenti fəaliyyətini dayandırıb


Manset.az-ın əldə etdiyi məlumata görə, "MTV Azərbaycan” telekanalında yayımlanan "Xəbərdar" adlı xəbər buraxılışları efirdən çıxarılıb və yayımdan qaldırılıb.

Qeyd edək ki, kanalın hazırkı direktoru Elsevər Dünyamalıyev olsa da, faktiki olaraq kanala Ədalət Abbasov rəhbərlik edir.

Xatırladak ki, Ədalət Abbasov bir müddət əvvəl Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin çəkiliş sektoru müdiri vəzifəsindən azad olunub.

Seçilən
3
manset.az

1Mənbələr