AZ

Fransada rusiyalı basketbolçu saxlanılıb – kiberhücumlarda ittiham olunur

Rusiyalı basketbolçu Daniil Kasatkin Fransada saxlanılıb.

Musavat.com ArbatMedia portalına istinadla xəbər verir ki, ABŞ onun haker qrupunda iştirak ittihamı ilə ekstradisiyasını tələb edir.

Bildirilir ki, basketbolçu Daniil Kasatkin ransomware proqramından istifadə edərək hücumlar həyata keçirən hakerlərlə əlaqədə şübhəli bilinir.

ABŞ-nin ittihamına görə, Kasatkin iki federal agentlik də daxil olmaqla 900-ə yaxın şirkətin hesablarını sındıran qrupun üzvü ola bilər. O, həmçinin bu şəbəkə adından xərac ödənişləri ilə bağlı danışıqlar aparmaqda şübhəli bilinir.

İdmançının vəkili Frederik Belot bildirib ki, onun müvəkkili haker hücumunda iştirak etməyib.
“O, işlənmiş kompüter alıb. O, ümumiyyətlə kompüterə toxunmayıb: cihaz ya sındırılıb, ya da haker iz azdırmaq üçün kompüteri ona satıb”, - Belot bildirib.

Kasatkin Parisin Şarl de Qoll hava limanında saxlanılıb. O, Fransaya evlilik təklifi etdiyi nişanlısı ilə gəlib və iyunun 21-də həbs edilib. Hazırda o, ABŞ-ın ekstradisiya tələbi ilə bağlı qərarı gözləyir.

Musavat.com

 

Seçilən
35
musavat.com

1Mənbələr