AZ

Misin qızıl dövrü: Tramp strateji metala 50% rüsum tətbiq edir

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, avqustun 1-dən etibarən ölkə mis idxalına 50 faizlik gömrük rüsumu tətbiq edəcək.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün "Truth Social" şəbəkə hesabında bəyan edib.

Dövlət başçısı bildirib ki, bu qərar "milli təhlükəsizliyin ciddi şəkildə qiymətləndirilməsindən" sonra qəbul edilib.

Onun sözlərinə görə, mis bir çox məhsulun - yarımkeçiricilər, təyyarələr, gəmilər, sursat, litium-ion batareyalar, radar sistemləri, raketəleyhinə müdafiə sistemləri və hipersəsli silahlar üçün zəruri xammaldır.

"Mis Müdafiə Nazirliyi üçün ikinci ən vacib materialdır! Bəs niyə bizim axmaq "liderlər" bu həyati sənayeni məhv etdilər? Bu 50%-lik tarif Bayden administrasiyasının düşüncəsiz və axmaq davranışını aradan qaldıracaq. ABŞ yenidən dominant mis sənayesini quracaq. Yekunda bu bizim qızıl dövrümüzdür!" - deyə Tramp yazıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
oxu.az

1Mənbələr