İsrail ordusu son 24 saat ərzində Qəzzaya 180 hava hücumu həyata keçirib.
Mia.az xarici mətbuatına istinadla xəbər verir ki, bu barədə israil mətbuatı yazıb.
Bildirilib ki, İsrail ordusu hücumları Hərbi Kəşfiyyat İdarəsi (AMAN) və daxili kəşfiyyat təşkilatı Şin Betin (Şabak) rəhbərliyi altında həyata keçirib: "Hücuma eyni vaxtda qurudan da dəstək verilib. Əsasən, tələlər qurulmuş binalar, silah anbarları, tank əleyhinə rampalar və tunellər hədəf alınarq məhv eidlib. Buna paralel olaraq, 162-ci diviziya Qəzza zolağının şimalında, 401-ci briqada isə mərkzi bölgələrdə tunelləri müəyyənləşdirərək partlatdırlar"
Tahir Şəlvəli
MİA.AZ