"2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Ermənistanı döyüş meydanında darmadağın edərək 300-dən çox şəhər və kəndi azad etdi. Ermənistan 2020-ci il noyabrın 10-da kapitulyasiya aktı imzalamağa məcbur oldu". "Olaylar" xəbər verir ki, bunu YAP Quba rayon təşkilatının sədri Fidan Hüseynova məlumat verib: "Ermənistanın işğalından azad edilmiş torpaqlarımızda artıq bir neçə mühüm beynəlxalq tədbir keçirilmişdir. Şuşada 2023-cü ildə ECO-nun Nazirlər Şurasını, 2024-cü ildə Türk Dövlətləri Təşkilatının ilk qeyri-rəsmi Zirvə görüşünü və bu ilin may ayında Laçında Azərbaycan, Türkiyə və Pakistan rəhbərlərinin üçtərəfli Zirvə görüşünü qeyd etmək istərdim. Bu gün isə ECO-nun Zirvə görüşü Xankəndidə, yeni inşa edilmiş Konqres Mərkəzində keçirilir. Prezident İlham Əliyevin Xankəndidəki çıxışı və ev sahibliyi etdiyi Zirvə görüşü Azərbaycanın güclənən mövqeyini, iqtisadi və diplomatik fəallığını, həmçinin tarixi ədalətin bərpası istiqamətində atdığı ardıcıl addımları bir daha nümayiş etdirdi. Qarabağ bu gün sülhün, bərpanın və beynəlxalq əməkdaşlığın yeni simvoluna çevrilməkdədir".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31